“Qarabağ”ın futbolçusundan şok qərar: millidən imtina etdi

“Qarabağ”ın futbolçusundan şok qərar: millidən imtina etdi

“Qarabağ”ın Dino Ndlovu Cənubu Afrika Respublikasının milli komandasından imtina edib. 

Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu "Sunday World” qəzetinə açıqlamasında bunları söyləyib: “Artıq hamı bilsin ki, yığmada oynamayacam. Komandanı nə qədər ki, Efraim Maşaba çalışdırır, mən ora gəlməyəcəm. Avropada uğurlu çıxış edən cənubi afrikalı futbolçlardan biri də mənəm. Amma məşqçi bunu görmür. Niyə? Onun məşqlərinə heç vaxt çıxmaram. Milliyə çağırsa da, getməyəcəm.  Onun mənimlə problemi var. Yığmada ondan çox futbolçu narazıdır”.

 

Qeyd edək ki, Dino Ndlovu Cənubi Afrika Respublikasının millisinin 4 oyun keçirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər