"Qarabağ"ın futbolçusu Gürcüstan millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Gürcüstan millisinə çağırıldı

“Qarabağ”ın gürcüstanlı qapıçısı Luka Quqeşaşvili ölkəsinin milli komandasına dəvət alıb.

Fanat.Az xəbər verir ki, 24 yaşlı qolkiper AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oyununa çağırılıb. 

Onunla yanaşı, yay fasiləsində “Neftçi”dən ayrılan müdafiəçi Solomon Kverkveliya da baş məşqçi Villi Sanyolun siyahısında yer alıb. Əvəzində “Sabah”ın hücumçusu Davit Volkov bu dəfə fransalı mütəxəssisin diqqətindən kənarda qalıb.

Qeyd edək ki, Gürcüstan yığması sentyabrın 8-də İspaniya ilə evdə, 11-də isə Norveçlə səfərdə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər