“Qarabağ”ın əvəzediciləri Gəncədən xalsız qayıtdı

“Qarabağ”ın əvəzediciləri Gəncədən xalsız qayıtdı

Bu gün I Divizionda XXVI turdan təxirə salınmış bir oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, günün yeganə matçı Gəncədə yerli “Kəpəz”lə “Qarabağ”ın əvəzedici komandaları arasında baş tutub.

Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

I Divizion XXVI turun oyunu 19 may

“Kəpəz-2” – “Qarabağ-2” 2:1 Qollar: Cavad Kərimov, 7; 86 - Hüseyn Hüseynli, 90. Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Aydın Bəxşiyev, Rəsul Babayev. Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər