“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi

“Qarabağ”ın daha bir oyununun vaxtı dəyişdirildi

“Qarabağ”ın Azərbaycan Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi XXXIII turda “Qəbələ” ilə matçı öncədən nəzərdə tutulduğu kimi, aprelin 6-da keçirməyəcək.

XXXII turun “Neftçi” – “Qarabağ” görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra “Qəbələ” ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.

“Azersun Arena”da baş tutacaq “Qarabağ” - “Qəbələ” oyunu saat 20:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər