“Qarabağ”ın Avroliqa matçının biletləri satışa çıxarılır

“Qarabağ”ın Avroliqa matçının biletləri satışa çıxarılır

Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - HJK (Finlandiya) oyununun biletləri avqustun 5-də saat 14:00-dan etibarən satışa çıxarılacaq.

Fanat.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 10-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər