"Qarabağ"ı məyus edən futbolçu: "Qol vurmağı çox istəyirdim"

"Qarabağ"ı məyus edən futbolçu: "Qol vurmağı çox istəyirdim"

Misli Premyer Liqasının 5-ci turunun sonuncu oyununda çempion "Qarabağ" doğma meydanda Gəncənin "Kəpəz" kollektivini qəbul edib. 1:1 başa çatan matçla bağlı "sarı-göylər"in bərabərlik qolunun müəllifi, gənc futbolçu Cavad Kərimovun fikirlərini öyrənməyə çalışdıq.

Gəncə futbolunun yetirməsinin Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Oyun bizim üçün çətin keçdi. "Qarabağ"ın güclü rəqib olduğunu bilirdik və buna görə də yaxşı hazırlaşmışdıq. Sonda 1 xalı  qazanmağı bacardıq. İlk nöbədə Azər müəllimə mənə inanıb meydana buraxdığı üçün minnətdarlığımı bildirirəm. Mən də onun etimadını doğrultdum. Əvəzetmədən oyuna daxil olarkən bir məqsədim var idi. Qol vurmağı çox istəyirdim və bunu da bacardım".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər