"Qarabağ" klubu növbəti transferini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, Ağdam klubu son olaraq Serbiyanın "Partizan" komandasında çıxış etmiş Patrik Andradeni heyətinə cəlb edib. Bu barədə ölkə çempionunun "Facebook" səhifəsi paylaşım edib:
Braziliyalı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, komandada 66 növmərli formanı geyinəcək.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2020 - 2022-ci illərdə "Qarabağ"da oynayıb.