“Qarabağ”dan son 12 ilin ən uğursuz startı

“Qarabağ”dan son 12 ilin ən uğursuz startı

Misli Premyer Liqasında cari mövsümün ilk 5 turundan sonra aktivində 7 xal olan “Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb. 

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi dünən səfərdə “Səbail”ə 1:2 hesabı ilə məğlub olub.   Qurban Qurbanovun kollektivi bu mövsüm hələlik 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətlə yadda qalıb.   Ölkə çempionu axırıncı dəfə 2011-12 mövsümündə ilk 5 turda bu qədər az xal toplayıb. Həmin vaxt da komanda aktivinə 7 xal yazdıra bilib. Ondan sonrakı illərdə rəqəm daha yüksək olub.   “Qarabağ”ın sonuncu ən zəif startı isə 2007-08 mövsümündə reallaşıb. 16 il əvvəl komanda ilk 5 turda cəmi 3 xal qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər