“Qarabağ”dan 18-ci titul: Rekord təkrarlandı

“Qarabağ”dan 18-ci titul: Rekord təkrarlandı

Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün çempionu olan “Qarabağ” tarixinin 18-ci titulunu qazanıb.

Fanat.Az xəbər verir ki, Ağdam klubu 10-cu dəfə ölkə çempionatının qızıl medallarını qazanıb.

“Ağ-göylər” 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 və 2021/2022 mövsümlərində də bu titulu əldə edib.

“Qarabağ”ın hesabında 7 kubok (1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022) və 1 Superkubok (1993) da var.

Ağdamlılar bununla da titul sayında Azərbaycan rekordunu təkrarlayıb. “Neftçi”nin də hesabında 18 titul var. Bakı klubu 9 çempionluq, 6 kubok, 2 Superkubok və 1 “Birlik kuboku” qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər