“Qarabağ”da iki itki

“Qarabağ”da iki itki

“Qarabağ” klubu iki futbolçusunun  xidmətindən mərhum olub. Fanat.Az xəbər verir ki, müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Riçard Almeyda cəzalı duruma düşüblər.

Topaz Premyer Liqasının XIII turunun son oyununda “Qarabağ” – “Qəbələ” qarşılaşmasında vərəqə alan cütlük ilin son turunu buraxacaq.

Dünənki oyunda 4-cü sarı vərəqəni alan Medvedev yalnız növbəti turda istirahət edəcəksə, Almeyda  birbaşa qırmızı vərəqə aldığı üçün ən azı 2 oyunluq cəzalanacaq. 

Qeyd edək ki, "Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintanın hesabında 3 "sarı" var. Növbəti xəbərdarlıq onu da cəzalı duruma düşürəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər