"Qarabağ"a gəldiyi üçün həyat yoldaşından boşanır - FOTO

"Qarabağ"a gəldiyi üçün həyat yoldaşından boşanır - FOTO
"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak həyat yoldaşı Edita Jazakdan boşanır.
Bu barədə Polşa mətbuatı xəbər yayıb. 2016-cı ildə ailə həyatı quran, ötən ilin sonlarında isə münasibətləri korlanan cütlüyün ayrılığın bir addımlığında olduğu vurğulanıb. Onların əsas boşanma səbəbi kimi isə Jezniçakın "Qarabağ"a transferi göstərilir. Kubanın Azərbaycana gəldikdən sonra xanımı ilə aralarında soyuqluq yarandığı iddia olunur.
Polşa mətbuatının yazdığına görə, cütlüyə yaxın adamlardan biri isə onların boşanmayacağını bildirib: "İndi hər şey yaxşıdır. Edita Kuba ilə Bakıda qalır və münasibətlərində heç bir problem yoxdur".
Qeyd edək ki, Jezniçak mövsümün əvvəlində Polşanın "Legiya" klubundan "Qarabağ"a transfer olunub. (qol.az)
 
"Qarabağ"a gəldiyi üçün həyat yoldaşından boşanır - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər