“Qarabağ” üçün Reynaldoşoku

“Qarabağ” üçün Reynaldoşoku

Bu gün Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində PAOK-u qəbul edəcək “Qarabağ” ciddi problemlə üzləşib. Fanat.Az xəbər verir ki, Ağdam klubu yunanlarla oyunda  2 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Söhbət hücumçu Reynado Dos Santos və Migel Madeyradan gedir. Hər iki oyunçu zədə səbəbi ilə bu gün meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər