"Qarabağ" türkiyəli hücumçu ilə güclənir?

"Qarabağ" türkiyəli hücumçu ilə güclənir?

Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ahmet Sağat karyerasını Azərbaycanda davam etdirə bilər.

Fanat.Az "Ajansspor"a istinadən xəbər verir ki, "Qarabağ" 27 yaşlı hücumçu üçün 1-ci Liqa təmsilçisinə təklif göndərib.

Ağdam klubu ilə yanaşı, Belçika təmsilçisi "Mexelen" də türkiyəli oyunçu ilə maraqlanır. Azərbaycan klubunun bu transferdə israrlı olduğu bildirilir.

Xatırladaq ki, Ahmet Sağat ötən il "Menemenspor"dan "Samsunspor"a keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər