“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanır - FOTOLAR

“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanır - FOTOLAR

“Qarabağ” təlim-məşq toplanışı üçün bu gün Avstriyaya yollanır.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu yeni mövsümün hazırlığını Tirolda keçirəcək.

Qurban Qurbanovun kollektivi orada olduğu müddətdə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda iyunun 27-də “Ferentsvaroş” (Macarıstan), iyulun 1-də isə “Legiya” (Polşa) ilə üz-üzə gələcək. Digər rəqiblə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, “Qarabağ”ın ilk rəsmi matçı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”a qarşı olacaq. Görüş iyulun 11-də və ya 12-də səfərdə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər