"Qarabağ" Şahruddinin yerinə onu qaytarır - Klub rəsmisi açıqladı

"Qarabağ" Şahruddinin yerinə onu qaytarır - Klub rəsmisi açıqladı

Qapıçı Şahruddin Məhəmmədəliyevin "Adana Dəmirspor"a keçidindən sonra Ağdam təmsilçisi UEFA-ya yeni qolkiper sifariş edəcək.

Bunu Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi Şahruddinin əvəzinə UEFA-ya gənc "çərçivə" qoruyucusu Amin Ramazanovun adının göndəriləcəyini bildirib.

Hazırda "Qarabağ"ın 3 qapıçısı var. Bunlar bir müddət öncə "Bayer Leverkuzen"i Azərbaycan təmsilçisinə dəyişən Andrey Lunyov, Luka Quqeşaşvili və Amin Ramazanovdur.

Qeyd edək ki, ağdamlılar AL-in H qrupunda "Bayer Leverkuzen" (Almaniya), "Molde" (Norveç) və "Hekken"lə (İsveç) mübarizə aparacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər