"Qarabağ" rəqib meydanında daha çox qol fürsətləri yaradacaq"

"Qarabağ" rəqib meydanında daha çox qol fürsətləri yaradacaq"

Bu gün "Qarabağ"  Bakıda 2:1 hesabı ilə yendiyi HİK-in qonağı olacaq. Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində  baş tutacaq matça saatlar qalmış Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə ilə əlaqə saxlayıb təmsilçilçimizin pley-offa yüksəlmək şanslarını dəyərləndirməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Birinci oyun "Qarabağ" üçün çətin keçdi. Görüşün sonu müsbət sonluqla nəticələndi ki, məhz buna görə cavab qarşılaşmasına daha ümidlə baxa bilərik. Ağdam təmsilçisinin növbəti mərhələyə çıxmaq şansı daha çoxdur. "Qarabağ" elə komandadır ki, matçdan-matça öz oyununu tapır. Hesab edirəm ki, bu mövsüm də istisna olmayacaq. 

Birinci qarşılaşmada təmsilçimizin heyətindəki futbolçuların fərdi bacarıqları hesabına ön planda olduğu sezilirdi. Amma komanda yeni qurulduğu üçün oyun planında bəzi "axsamalar" da görünürdü. Məncə, "Qarabağ" rəqib meydanında daha çox qol fürsətləri yaradacaq. Təbii ki, ilk görüşdə uduzan HİK hücuma atılmalıdır. Belədə, "Qarabağ"ın əks-hücumlardan istifadə etmək imkanları genişlənəcək". 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər