"Qarabağ" - "Rakuv" oyununa 22 min bilet satılıb

"Qarabağ" - "Rakuv" oyununa 22 min bilet satılıb

Bakıda "Qarabağ" və Polşanın "Rakuv" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Fanat.Az xəbər verir ki, qarşılaşma üçün 22 min bilet satılıb.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

Qeyd edək ki, avqustun 2-də oynanılacaq görüş saat 20:00-da start götürəcək. "Köhlən atlar" Polşadakı ilk oyunda məğlub olub - 2:3.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər