“Qarabağ” – “Rakuv” oyunu alman hakimlərə tapşırıldı

“Qarabağ” – “Rakuv” oyunu alman hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu almaniyalı hakim idarə edəcək.

Fanat.Az xəbər verir ki, qitə futbol qurumu avqustun 2-də keçiriləcək raundun cavab matçını Sven Yablonskiyə həvalə edib.

Ona Lasse Koslovski və Eduard Beytinger kömək edəcəklər. Görüşün dördüncü hakimi Tobias Reyxel olacaq.

Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər