“Qarabağ” - “Qalatasaray” matçından əldə edilən vəsait açıqlandı

“Qarabağ” - “Qalatasaray” matçından əldə edilən vəsait açıqlandı

"Qarabağ" Türkiyənin "Qalatasaray" komandası ilə Bakıdakı xeyriyyə matçından əldə olunan vəsaiti açıqlayıb.

Fanat.Az xəbər verir ki, görüşün gəlirləri 1 090 455 manat (təqribən 12 336 000 türk lirəsi) təşkil edib.

Məbləğ qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Vəsaitin bir hissəsi isə (oyunun Türkiyədəki yayım hüququndan gələn və oradan verilmiş reklam gəlirləri) İstanbul təmsilçisi tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ" - "Qalatasaray" matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

“Qarabağ” - “Qalatasaray” matçından əldə edilən vəsait açıqlandı“Qarabağ” - “Qalatasaray” matçından əldə edilən vəsait açıqlandı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər