“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarılır

“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarılır

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri iyulun 10-d saat 11:00-dan satışa çıxarılacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu (11:00-dan 20:00-dək).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər