“Qarabağ” favoritdir, amma onları təəccübləndirməyə çalışacağıq”

“Qarabağ” favoritdir, amma onları təəccübləndirməyə çalışacağıq”

"Bizi kifayət qədər çətin oyun gözləyir. Rəqib açıq-aşkar favoritdir".

Fanat.Az xəbər verir ki, bunu Cəbəllüttariq çempionu "Linkoln"un futbolçusu Marko Rosa UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar barədə klubun rəsmi saytına açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçi Ağdam klubundan çəkindiklərini etiraf etsə də, futbolda hər şeyin mümkün olduğunu bildirib: "Oyunun gözəlliyi də bundadır. Uduzmamağa və onları təəccübləndirməyə çalışacağıq. Hər zaman öz şanslarımıza inanırıq".

"Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər