"Qarabağ" braziliyalı forvard alır? - Əmrah Çəlikəlin açıqlaması

"Qarabağ" braziliyalı forvard alır? - Əmrah Çəlikəlin açıqlaması

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl braziliyalı hücumçu Kleyton Fernandes Silvanın heyətə qatılacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

O, Fanat.Az-a açıqlamasında Portuqaliyanın "Kaza Piya" klubunda forma geyinən 24 yaşlı forvardı transfer etməyə hazırlaşmadıqlarını deyib:

"Bu barədə yayılan xəbərlər yalandır. Elə futbolçu ilə danışıq aparmamışıq".

Qeyd edək ki, Kleyton Fernandes Silva daha öncə ölkəsinin "Kuritiba", "Vila Nova" və "Qlobo" klublarının da formasını geyinib. Onun "Kaza Piya" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər