"Qarabağ" ağacəkmə aksiyasına qatıldı - FOTOLAR

"Qarabağ" ağacəkmə aksiyasına qatıldı - FOTOLAR

Suraxanı Rayon İcra Hakimiyyəti və “Qarabağ” Futbol Klubunun birgə təşkilatçılığı ilə Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış sahəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və İcra Hakimiyyətinin nümayəndələri, “Qarabağ” klubunun direktoru Emrah Çelikel, meneceri Asif Əsgərov, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçular iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 200-ə yaxın ağac əkilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər