Dünən futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının D liqasında ilk matçına çıxdı. Ayxan Abbasovun çalışdırdığı kollektiv Kaunas şəhərində Litva seçməsi ilə 1:1 hesablı bərabərliyə razılaşdı. Azərbaycan yığmasının sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: "Millimiz qalib gələ də bilərdi, uduza da... Fikrimcə, heç-heçə ədalətli nəticədir. Hər iki komanda ehtiyatlı oynamağa çalışırdı. Nəzərə alsaq ki, Litva yığması da qrup birincisi olmaq uğrunda mübarizə aparır, millimizin səfərdə heç-heçə etməsi pis nəticə deyil. Əlbəttə, qalib gəlsəydik, daha yaxşı olardı, amma evdə də bu rəqiblə qarşılaşacağıq. Ümid edirəm ki, azarkeşlərin dəstəyi fonunda millimiz öz meydanında istədiyi nəticəni qazanıb qrup birincisi olacaq. Həmin oyuna qədər Lixtenşteynlə qarşılaşmada uğurlu nəticə əldə etmək də vacibdir". Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 1-də Lixtenşteyni, 4-də isə Litvanı qəbul edəcək. Nihat
"Qalib gəlsəydik, daha yaxşı olardı, amma..." - Samir Əliyev
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev