"Qalatasaray" yoxlama matçına çıxacaq

"Qalatasaray" yoxlama matçına çıxacaq

“Qalatasaray” milli komandaların oyunları səbəbilə yaranan fasilədə yoxlama matçına çıxacaq. Fanat.Az xəbər verir ki, İstanbul klubu oktyabrın 2-də “Pendikspor”la üz-üzə gələcək. Pendik Bələdiyyə Stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. Komanda bu qarşılaşmanın ardından rəsmi oyunlara hazırlığını davam etdirəcək. “Qalatasaray” oktyabrın 9-da Superliqada “Kasımpaşa”nı, oktyabrın 13-də isə UEFA Çempionlar Liqasının liqa mərhələsində “Barselona”nı qəbul edəcək. Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər