“Barselona”nın yarımmüdafiəçisi Qavi PSJ-nin maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes.net" yayıb. Mənbənin məlumatına görə, Fransa klubunun baş məşqçisi Luis Enrikenin 21 yaşlı futbolçunu heyətində görmək istədiyi və PSJ-nin Qavinin transferi üçün təxminən 45 milyon avroluq təklif hazırlaya biləcəyi bildirilir. Qavinin “Barselona”da oyun praktikası azalıb. Hansi Flik futbolçunu nəzərə alsa da, onun mövsümün əvvəlində əsas heyətdəki rolu məhdud olub. Futbolçunun özü hazırda “Barselona”da qalmaq və komandada özünü yenidən əsas oyunçulardan birinə çevirmək istəyir. Lakin oyun vaxtının artmaması halında onun gələcəyi ilə bağlı vəziyyət dəyişə bilər. PSJ-nin isə Qavinin vəziyyətini izlədiyi və yanvar transfer pəncərəsində rəsmi təklif göndərmək imkanını nəzərdən keçirdiyi qeyd olunur. Əlisahib İbrahimli
PSJ "Barselona"nın ispaniyalı ulduzunu istəyir
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:46
24.11.2026
Saliba "Sabah"a qarşı oynamayacaq
Azərbaycan futbolu
16:51
24.11.2026
Yusif Nəbiyev turun mərkəzi qarşılaşmasında komandasına kömək edəcəkmi? - Açıqlandı
Azərbaycan futbolu
16:33
24.11.2026
Bakı Futbol Federasiyasının təşkilatçılığı ilə məşqçi kursuna start verildi
Azərbaycan futbolu
16:14
24.11.2026
"Meydana qalib gəlmək üçün çıxacağıq, maksimum dərəcədə mübarizə aparacağıq" - Rakif Əliyev