PSJ-nin müdafiəçisi İngiltərəyə gedir

PSJ-nin müdafiəçisi İngiltərəyə gedir

PSJ-nin müdafiəçisi Villian Paço futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, ekvadorlu futbolçu ilə “Mançester Siti” və “Arsenal” klubları yaxından maraqlanır.

İnformasiyanı “The Guardian” yayıb.

Məlumata görə, hər iki klub növbəti transfer pəncərəsində 24 yaşlı mərkəz müdafiəçisinin transferi üçün addım atmağı düşünür.

Qeyd edək ki, PSJ Villian Paçonu 2024-cü ilin yayında “Ayntraxt”dan 40 milyon avro qarşılığında heyətinə qatıb. Ekvador millisinin futbolçusu bu mövsüm Paris klubunun formasını 6 rəsmi qarşılaşmada geyinib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər