"Çelsi" və "Mançester Yunayted" "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakova maraq göstərir. Fanat.Az xəbər verir ki, informasiyanı "Takvim" yayıb. Mənbənin məlumatına görə, İngiltərə klubları 21 yaşlı rusiyalı futbolçunun çıxışını izləmək üçün "Qalatasaray"ın Çempionlar Liqasında "Barselona" ilə keçirəcəyi oyuna skaut göndərəcək. "Çelsi" və "Mançester Yunayted"in Batrakova marağının əvvəldən olduğu, lakin futbolçunun Rusiyanın "Lokomotiv Moskva" klubunda çıxış etdiyi dövrdə transfer məhdudiyyətləri səbəbindən onu heyətlərinə qata bilmədikləri bildirilir. Batrakov yay transfer pəncərəsində 25 milyon avro qarşılığında "Qalatasaray"a keçib. O, İstanbul klubunun heyətində bütün turnirlərdə 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərə klublarının futbolçunun "Barselona" ilə qarşılaşmadakı çıxışını yaxından izləmək istədiyi qeyd olunur. Əlisahib İbrahimli
Premyer Liqanın top klubları "Qalatasaray"ın ulduzunu istəyir
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev