UEFA Millətlər Liqasındakı ilk oyununu səfərdə Litva seçməsinə qarşı keçirən və 1:1 hesablı heç-heçə ilə qayıdan futbol üzrə Azərbaycan millisi oktyabrın 1-də Lixtenşteyni, 4-də isə Litvanı qəbul edəcək. Yığmanın sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb D liqasında mübarizə aparan təmsilçimizin ilk oyunu barədə fikirlərini soruşduq, eləcə də qarşıdakı matçlardan nə gözlədiyini öyrəndik. Onun Fanat.Az -a açıqlamasını təqdim edirik: "Litvanı səfərdə məğlub etsək, çox yaxşı olardı. Belədə, üçgünlük intervalla ilə keçirəcəyimiz iki ev oyunundan birində mümkün heç-heçə vəziyyəti mürəkkəbləşdirməzdi. Kaunasdakı oyunu təbii ki, izləmişəm. Nominal hücumçu mövqeyində çıxış edən Renat Dadaşovun performansı xoşuma gəlmədi. Fikrimcə, Toral Bayramovun start "11-lik"də yer alması daha yaxşı effekt verərdi. Bayramov onun mövqeyində mübarizə aparan Rüfət Abbasovdan təcrübəlidir. Rəqib müdafiəsini təzyiqdə saxlaya bilir. Qol duyumu yüksəkdir. Hər iki ev oyununda qalib gəlməliyik. Yəqin ki, baş məşqçi yorğunluğu rotasiyalarla sığortalayacaq. Özümüzü C liqasına layiq sayırıqsa, həm Lixtenşeyni məğlub etməliyik, həm də Litvanı. Reallıq belədir ki, bu iki görüşün birində xal itirsək, vəziyyətimiz çətinləşəcək". Nihat
"Özümüzü C Liqasına layiq sayırıqsa..." - Nadirov Litvadakı matçda hansı futbolçunu bəyənmədiyini açıqladı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev