"Öz performansımdan razı deyiləm, çünki..." - Pedro Bikalyo söz verdi

"Öz performansımdan razı deyiləm, çünki..." - Pedro Bikalyo söz verdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı parlaq çıxışından sonra braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyonun onu istəyən klublardan birinə satılacağını gözləyənlər çox idi. Lakin Ağdam təmsilçisi ilə yeni 3 illik müqavilə bağlayan "sambaçı" heyətdə qaldı. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində çempionatın qalan bölümünə hazırlaşan "köhlənlər"in legionerinə bir neçə sual ünvanladıq. Bikalyonun Fanat.Az -a müsahibəsi belə alındı: - "Qarabağ"ın bu mövsüm sərgilədiyi performans futbol ictimaiyyətinin gözlədiyi kimi deyil. Səncə, səbəb nədir və yerli futbolsevərlər əvvəlki komandanı nə vaxt görəcək? - Düşünürəm ki, hər oyunda bir komanda olaraq inkişaf edir, daha yaxşı olur və böyüyürük. - Bu mövsüm Premyer Liqadakı rəqabət şəxsən səni qane edirmi? - Liqamızda səviyyə hər il yüksəlir. Bu, yaxşı haldır, çünki oyunların daha rəqabətli keçməsinə səbəb olur. - Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə "Qarabağ" üçün faydalı olacaqmı? - Çox faydalıdır. Komandamızda çoxlu yeni oyunçu olduğu üçün bu müddət bir komanda kimi bir-birimizi daha yaxşı tanımağımız üçün yaxşı fürsətdir. - 7-ci turda "İmişi"nin qonağı olacaqsız. Bu matçdan nə gözləyirsən? - Çox rəqabətli bir oyun gözləyirəm. Keçən il onlara qarşı keçirdiyimiz bütün oyunlarda olduğu kimi. - Komandanın əsas futbolçularından birisən. Bu mövsüm ortaya qoyduğun futboldan razısan? - Öz performansımdan razı deyiləm, çünki komandamızın Avropa turnirlərinə vəsiqə qazanmasına kömək edə bilmədim. Amma tam əminliklə deyə bilərəm ki, ötən mövsüm əla futbol nümayiş etdirən Pedro geri qayıdacaq! Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər