İkinci Liqanın 5-ci turunda "Şəmkir"lə qarşılaşan "Şirvan" komandası meydandan qalib ayrılıb. Bölgə təmsilçisi rəqib üzərində 3:2 hesablı qələbə qazanıb. Maksimum nəticə ilə zirvədə qərarlaşan komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az -a açıqlamasında görüşü belə şərh edib: "Oyunun ağır keçəcəyini bilirdik. Çünki rəqib bizdən öncə "Qaradağ Lökbatan"a ağır məğlub olmuşdu. Bu, onlar üçün bir stimul idi ki, meydana çıxıb zəif komanda olmadıqlarını sübut etsinlər. Həqiqətən də elə oldu. Şəmkir çətin və ağır rəqibdir. Düzdür, indi ev oyunlarını Şamaxıda keçirir, amma hər halda onlar səhv etmirəmsə, Şamaxıda məğlub olmamışdılar. Bizim üçün də oyun ağır keçdi. Rəqibin erkən dəqiqələrdə fərqlənməsi bizə çətinlik yaratdı, özümüzü gec toparladıq. Hesab 1:1 olduqdan sonra daha bir qol buraxdıq və matça nəzarəti itirdik. İkinci hissənin ortalarında yenidən oyunu ələ almağa çalışdıq və sonda buna nail olduq. Əsas olan qələbədir. Belə görüşlərdə qalib gəlmək bizim üçün çox vacib idi. Əslində oyuna istədiyimiz kimi başlaya bilmədik, əsas problemimiz bu oldu. Yenə də qeyd edirəm, itkilərimiz çoxdur. Düşünürəm ki, növbəti oyunlarda yəqin ki, itkisiz davam edərik". Əlisahib İbrahimli
"Oyuna istədiyimiz kimi başlaya bilmədik, əsas problemimiz bu oldu" - Pərviz Bayramov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev