Nikolas Ceksona rekord məbləğ ödəniləcək

Nikolas Ceksona rekord məbləğ ödəniləcək

“Çelsi”nin seneqallı hücumçusu Nikolas Cekson karyerasını İngiltərənin digər klubunda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 25 yaşlı forvard “Aston Villa”ya keçib.

Birmingem klubunun rəsmi açıqlamasına əsasən, tərəflər transferlə bağlı razılığa gəliblər.

“Aston Villa” Ceksonun keçidi üçün “Çelsi”yə bonuslarla birlikdə ümumilikdə 65 milyon funt sterlinq ödəyəcək. Bu, klub tarixində ən yüksək transfer məbləğidir.

Qeyd edək ki, Nikolas ötən mövsümdə icarə əsasında “Bayern Münhen”nin formasını geyinib. O, Bundesliqada keçirdiyi 23 qarşılaşmada 8 dəfə fərqlənib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər