Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

Misli Premyer Liqasının debütantı "Şəfa" növbəti transferini reallaşdırıb.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Bakı təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi sıralarına cəlb edib. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Mertens son olaraq ölkəsində "Telstar"ın üzvü olub. O, karyerası ərzində Niderlandın "TOP Oss" və "Volendam" komandalarının formasını geyinib. Orta xətt oyunçusu Rusiyanın "Fakel" (Voronej), Bolqrasıtanın "Botev" (Plovdiv) və "Sarsko Selo" klublarında legioner həyatı yaşayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər