Nəriman Axundzadənin karyerasında yeni mərhələ

Nəriman Axundzadənin karyerasında yeni mərhələ

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə yeni menecer şirkəti ilə əməkdaşlığa başlayıb.

Fanat.Az xəbər verir ki, 22 yaşlı hücumçu beynəlxalq “Pinnacle Talent Management” agentliyi ilə anlaşma əldə edib.

Hazırda icarə əsasında Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən Axundzadənin hüquqları MLS təmsilçisi “Kolambus Kryu”ya məxsusdur.

Gənc hücumçunun yeni menecer şirkəti ilə əməkdaşlığı onun karyerasının növbəti mərhələsində Avropa klublarına transfer imkanlarını artırması baxımından diqqət çəkir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər