Öncə “Qarabağ”, sonra “Linkoln”

Öncə “Qarabağ”, sonra “Linkoln”

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Fanat.Az xəbər verir ki, Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 18-i saat 17:40-da Bakı Olimpiya Stadionunda baş tutacaq. 17:55-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın mətbuat konfransı isə 19:00-da, açıq məşqi isə 19:15-də Bakı Olimpiya Stadionunda reallaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər