MPL: "Zirə" "Araz-Naxçıvan"a uduzdu

MPL: "Zirə" "Araz-Naxçıvan"a uduzdu

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun bağlanış matçında "Zirə" ilə "Araz-Naxçıvan" üz-üzə gəlib. Görüş qəsəbənin eyniadlı komandasının üstünlüyü şəraitində keçsə də, 3 xalı qazanan "Araz-Naxçıvan" olub. Elmar Baxşıyevin komandası son dəqiqələrdə vurduğu yeganə qol sayəsində səfərdə qələbə qazanıb. Beləliklə, "Araz-Naxçıvan" 9 oyunluq qələbəsiz seriyaya son qoyub. "Zirə" isə 2-ci yerə yüksəlmək şansını əldən verib.

Qeyd edək ki, turun digər görüşlərində "Sabah" "Səbail"i (2:0), "Kəpəz" "Qəbələ"ni (1:0), "Neftçi" "Turan Tovuz"u (3:0), "Sumqayıt" isə "Qarabağ"ı (1:0) məğlub etməyi bacarıb.

Misli Premyer Liqası XXXII tur 29 aprel

“Zirə”– “Araz-Naxçıvan” 0:1 

Qol: İqor Ribeyro, 89.

Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı Hakim-inspektor: Ceyhun Haşımov AFFA nümayəndəsi: Azər Əsgərov Zirə İdman Kompleksinin stadionu 

“Zirə”: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 24. Sezar Meza Kolli. 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma. Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev. Baş məşqçi: Rəşad Sadıqov.

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç. Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo. Baş məşqçi: Elmar Baxşıyev.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər