MPL: "Araz-Naxçıvan" "Səbail"ə qalib gəldi

MPL: "Araz-Naxçıvan" "Səbail"ə qalib gəldi

Avrokubokdan sonra diqqətlər yenidən yerli çempionatlara yönəlir. 

Fanat.Az xəbər verir ki, bu gün Milsi Premyer Liqasına VIII tur start götürüb.

Üç günü əhatə edəcək turun ilk günündə bir qarşılaşma keçirilib. Açılış oyununda "Araz-Naxçıvan"la "Səbail" üz-üzə gəlib. Sumqayıtda baş tutan qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər. Şahin Diniyevin komandası nominal meydan sahiblərinin qapısına 2 dəfə yol tapsa da, bu, xal qazanmağa kifayət etməyib. "Araz-Naxçıvan" ardıcıl 4-cü qələbə sayəsində xallarını 16-ya çatdıraraq azı bir günlük liderliyə yüksəlib. 

Misli Premyer Liqası VIII tur 27 sentyabr

"Araz-Naxçıvan" – "Səbail" 3:2 Qollar: Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 58-pen. Bernardu Dias, 84 - Qorka Laruçça, 45+2; 89. Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev VAR: Rəşad Əhmədov AVAR: Cəmil Quliyev Hakim-inspektor: Munis Abdullayev "Kapital Bank Arena"

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardu Dias Baş məşqçi: Elmar Baxşıyev

“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş Baş məşqçi: Şahin Diniyev

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər