MPL: "Araz-Naxçıvan" "Kəpəz"i məğlub etdi

MPL: "Araz-Naxçıvan" "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasında milli komandaların oyunlarına görə yaranan 11-12 günlük fasilə bu gün başa çatıb. Fanat.Az xəbər verir ki, çempionatın 6-cı turu bu gün baş tutan bir oyunla start götürüb. "Araz-Naxçıvan"la "Kəpəz" Mərdəkanda münasibətlərinə aydınlıq gətiriblər. Görüşün taleyini ikinci hissədə vurulan 1 qol həll edib. Gəncəliləri matça çıxaran Azər Bağırov "Kəpəz"dəki debüt oyununda sabiq komandasına uduzub.  "Araz-Naxçıvan" bu qələbə sayəsində xallarını 10-a çatdıraraq turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Kəpəz" isə sonuncu yerdə qalıb. Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək. Misli Premyer Liqası 6-cı tur 13 sentyabr “Araz-Naxçıvan” – “Kəpəz” 1:0 

Qol: Bernardu Dias, 76.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos. Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 19. Ramin Nəsirli, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 10. Bernardu Dias. Məşqçi: Rasim Ramaldanov. "Kəpəz" : 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 78. Yeqor Xvalko (k), 10. Kərim Lkuça, 77. Viktor Braqa. Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 19. Lassana Ndiaye. Baş məşqçi: Azər Bağırov.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov VAR: Cavid Cəlilov, Namiq Hüseynov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Eldəniz Musayev Mərdəkan. “Liv Bona Dea Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər