MPL: "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəlib liderliyə yüksəldi

MPL: "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəlib liderliyə yüksəldi

Misli Premyer Liqasında 14-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış oyunu Tovuzda baş tutub.

Günün yeganə qarşılaşmasında "Kəpəz" ilə "Araz-Naxçıvan" münasibətlərinə aydınlıq gətiriblər. Qərb təmsilçisinin baş məşqçisi Azər Bağırov sabiq komandası ilə dueldən məğlub ayrılıb. Elmar Baxşıyevin baş məşqçisi olduğu Naxçıvan komandası səfərdə 3 xalı 2 qolla qazanıb və liderliyə yüksəlib. Beləliklə, "Qarabağ"ı taxtdan salan "Araz-Naxçıvan" azı bazar gününə kimi zirvədə qalacaq. "Kəpəz" isə sonuncu pillədən xilas ola bilməyib. Qeyd edək ki, “Səbail” – “Qarabağ” və “Neftçi” – “Zirə” oyunları sabah, “Turan Tovuz” –“ Sabah” və “Sumqayıt”– “Şamaxı” qarşılaşmaları isə bazar günü keçiriləcək.

Misli Premyer Liqası 14-cü tur 22 noyabr 

"Kəpəz" – "Araz-Naxçıvan"  0:2  Qollar: Felipe Santos, 26. Bernardo Dias, 86.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov VAR: Fərid Hacıyev, Rəhman İmami Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Emin Cəfərov Tovuz şəhər stadionu

“Kəpəz”: 1. Rojerio Santos, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.  Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 70. Nicat Suleymanov, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 97. Nicat Məmmədov, 10. Karim Lkouça, 19. Lassana Ndiaye.  Baş məşqçi: Azər Bağırov. 

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro (k), 97. Felipe Santos.  Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.  Baş məşqçi: Elmar Baxşıyev. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər