Moldova millisinin üzvü “Turan Tovuz”da - RƏSMİ

Moldova millisinin üzvü “Turan Tovuz”da - RƏSMİ

“Turan Tovuz” Moldova millisinin futbolçusu Denis Marandiçini transfer edib.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi sosial şəbəkə vasitəsilə bu keçidi açıqlayıb.

27 yaşlı sol cinah müdafiəçisi “Turan Tovuz” formasında təqdim olunub. O, Bosniya və Herseqovina klubu “Zrinski”dən ayrılaraq, tovuzlularla anlaşıb. Marandiçi “Zrinski”yə mövsümün əvvəlində Sloveniya “Çelye”sindən keçib.

Qeyd edək ki, Denis Marandiçi 2020-ci ildən bəri Moldova millisinin heyətində 6 oyunda iştirak edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər