MOİK-in fasilə dönəmindəki planı dəyişdi

MOİK-in fasilə dönəmindəki planı dəyişdi

1-ci Liqa təmsilçisi MOİK-in millilərin oyunları ilə bağlı yaranan fasilə dönəmindəki planları dəyişib. Bu barədə Fanat.Az -a "hərbçilər"in sözçüsü Araz Əhmədov məlumat verib: "Fasilə dönəmində iki yoxlama oyunu keçirilməsi nəzərdə tutulsa da, komanda bir sınaq matçına çıxacaq. MOİK oktyabrın 2-də Binə qəsəbə stadionunda "Xankəndi" ilə üz-üzə gələcək. Həmin matçdan sonra 4-cü turda "Mingəçevir"ə qarşı keçiriləcək görüşün hazırlıqları başlayacaq". Qeyd edək ki, 3 oyuna 4 xal toplayan MOİK 1-ci Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər