Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığıyla sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin püşkatma mərasimi baş tutub. Fanat.Az ASİNF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iştirakçı ölkələrin məşqçi heyətlərinin və hakimlərin qatıldığı püşkatma zamanı idmançıların yarış proqramına uyğun çıxış ardıcıllığı, həmçinin iştirak edəcəkləri məsafələr müəyyənləşdirilib. Püşkatmaya əsasən turnirin ilk yarış günü sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında baş tutacaq. Bu mərhələdə kayak və kanoe üzrə 200 metr məsafədə yarışlar təşkil olunacaq. Sentyabrın 30-u və oktyabrın 1-də isə idmançılar Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bütün növlər və məsafələr üzrə yarışacaqlar. Bundan başqa, beynəlxalq turniri öncəsi hakimlərin iclası keçirilib İclasda yarışların keçirilməsi qaydaları, hakimlərin fəaliyyət istiqamətləri və texniki məsələlər müzakirə olunub. Həmçinin yarışın start və finiş nöqtələri müəyyənləşdirilib, fotofiniş sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri dəqiqləşdirilib. Hakimlərə yarış prosesi zamanı diqqət yetiriləcək əsas məqamlar və texniki tələblərlə bağlı məlumat verilib. Qeyd edək ki, "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparacaq.
"Mingəçevir Reqatası-2026" turnirinin püşkatması olub
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
DİGƏR
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
DİGƏR
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"
DİGƏR
19:48
02.10.2026
"Marafon" "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
DİGƏR
20:19
30.09.2026
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidə 5 medal qazandılar