"Mingəçevir" bir oyunla kifayətlənəcək

"Mingəçevir" bir oyunla kifayətlənəcək

1-сi Liqa təmsilçisi "Mingəçevir" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində bir yoxlama oyunu ilə kifayətlənəcək. Bu barədə Fanat.Az -a "işıqçılar"ın sözçüsü Elnur Qasımov məlumat verib: "Bildiyiniz kimi, komanda Bakıda "Şahdağ Qusar"la sınaq oyununa (0:8) çıxıb. Artıq ikinci yoxlama görüşünün olmayacağı dəqiqləşib. MOİK-lə 4-cü turda keçiriləcək çempionat matçının hazırlıqları davam etdirilir". Qeyd edək ki, bu yay Elman Sultanova tapşırılan "Mingəçevir" 1-ci Liqanın ilk 3 turunda 1 xal qazana bilib. Sözügedən kollektiv hazırda turnir cədvəlinin 8-ci pilləsində mövq tutub. Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər