Dünən Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşıb. Tərəflər 1:1 hesabı ilə meydandan ayrılıblar. Yığmamızın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb Litvadakı matç barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: "Səfərdə oynayırdıq və çətin görüş keçəcəyi gözlənilirdi. İlk hissənin başlanğıcı istədiyimiz kimi alınmadı, ilk dəqiqələrdə 11 metrlik cərimə zərbəsindən qol buraxdıq. Ama əsas məqam o idi ki, millimiz ruhdan düşmədi, tez bir zamanda cavab qolunu vurdu və təşəbbüsü ələ keçirdi. Sonrakı dəqiqələrdə, daha doğrusu, birinci hissənin sonuna kimi ərazi üstünlüyü bizim tərəfimizdə idi. İkinci yarıda açıq oyun izlədik. Xoş məqam o idi ki, millimiz səfərdə oynamağına baxmayaraq müdafiəyə çəkilmədi, hücumlar təşkil edir və ya əks-hücumlar yaradırdı. Sadəcə son zərbələr çatmırdı. Bu baxımdan oyun, düşünürəm ki, pis alınmadı. Minimum məqsədə də nail olduq, Əsas rəqiblə səfər matçından bir xal qazandıq. İndi qalır evdəki oyunlarda həm Lixtenşteyn, həm də Litva üzərində qələbə qazanaraq məqsədə çatmaq yolunda böyük və uğurlu bir addım atmaq. Düşünürəm ki, buna millimizin gücü çatar. Səfərdəki oyun da göstərdi ki, komandamız rəqiblə başabaş, hətta bəzi məqamlarda üstün oyun nümayiş etdirir. Tacikistanla matçla bu oyun arasında fərq hiss olunurdu. Düzdür, nəticə baxımından Tacikistana qalib gələ bilsək də, burada heç-heçə etdik. Lakin oyun baxımından artıq yaxşı gedişlər hiss olunurdu. Xüsusilə hücum planında uğurlu idik. Heyətdəki dəyişikliklər də buna bir təkan oldu. Yoldaşlıq görüşündən fərqli olaraq rotasiyalar edilmişdi və bu da öz effektini göstərdi. Çəkindiyimiz məqam fiziki cəhətdən nə qədər davam gətirə biləcəyimiz idi. Lakin dünənki oyun göstərdi ki, komandamız fiziki baxımdan da yaxşı vəziyyətdədir. Çünki 90 dəqiqə ərzində, demək olar ki, rəqibə təzyiq göstərirdik. Topsuz oyunda məsafələri qoruya bilirdik və qarşı tərəfə sərbəst oynamaq imkanı vermirdik". Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək. Əlisahib İbrahimli
"Millimiz qarşı tərəfə sərbəst oynamaq imkanı vermədi" - Arif Əsədov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev