Millimiz Albaniyada növbəti sınağına çıxır

Millimiz Albaniyada növbəti sınağına çıxır

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu yığmamız Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu meydan sahibi Albaniyaya qarşı keçirəcək. 

B Liqasının 4-cü qrupunun oyunu Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Monteneqro qarşılaşacaq.

AÇ-2025 2-ci seçmə mərhələ 21 fevral

17:30. Albaniya - Azərbaycan Baş hakim: Martina Molinaro (İtaliya) Rrogozhine stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər