Millətlər Liqası: Portuqaliyadan inamlı qələbə, Uels Norveçi məğlub etdi

Millətlər Liqası: Portuqaliyadan inamlı qələbə, Uels Norveçi məğlub etdi

UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü tura start verilib. Fanat.Az xəbər verir ki, bu gün A, B və D Liqalarında ümumilikdə 8 oyun keçirilib. A Liqasının 2-ci qrupunda Almaniya millisi Serbiyanı qəbul edib, Niderland isə Yunanıstanın qonağı olub. Almanların qələbə qazandığı gündə digər görüşdə heç-heçə qeydə alınıb. 4-cü qrupda Portuqaliya səfərdə Danimarkanı məğlub edib. Norveç isə Uelsə məğlub olub. UEFA Millətlər Liqası 1 oktyabr A Liqası, 2-ci qrup Almaniya – Serbiya – 2:0 Yunanıstan – Niderland – 2:2 Xallar: Yunanıstan – 7, Niderland – 5, Almaniya – 4, Serbiya – 0. A Liqası, 4-cü qrup Danimarka – Portuqaliya – 2:4 Uels – Norveç – 2:1 Xallar: Portuqaliya – 6, Norveç – 3, Danimarka – 3, Uels – 0. B Liqası, 3-cü qrup İrlandiya – Avstriya – 2:2 İsrail – Kosovo – 0:0 Xallar: Avstriya – 7, Kosovo – 4, İrlandiya – 4, İsrail – 1. D Liqası, 1-ci qrup Malta – Cəbəllütariq – 1:1 Xallar: Malta – 4, Cəbəllütariq – 2, Andorra – 1. D Liqası, 2-ci qrup Azərbaycan – Lixtenşteyn – 0:0 Xallar: Litva – 4, Azərbaycan – 2, Lixtenşteyn – 1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər