Messinin qolu lideri yenməyə kifayət etmədi - VİDEO

Messinin qolu lideri yenməyə kifayət etmədi - VİDEO

MLS-in müntəzəm mövsümündə növbəti oyunlar keçirilib. 

Fanat.Az xəbər verir ki, Lionel Messi və bir çox ulduzların yer aldığı "İnter Mayami" evdə "Neşvil"i məğlub edə bilməyib. 

Qonaqlar görüşün əvvəlində Surricin qolu sayəsində hesabda irəli çıxıblar. Meydan sahibləri bundan daha sonra Beyker-Uaytinqin avtoqolu ilə hesabı bərabərləşdirib. 62-ci dəqiqədə De Paulun ötürməsindən sonra Messi komandasını hesabda önə keçirib. Lakin "İnter Mayami" son dəqiqələrdə qələbəni əldən verib. Surric möhtəşəm sonluqla dublunu rəsmiləşdirib. 

Beləliklə, "İnter Mayami" ardıcıl üçüncü dəfə heç-heçə edib. Messinin komandası Şərq Konfransında ikinci yerdədir, "Neşvill" isə turnir cədvəlinə Mayami klubundan doqquz xallıq fərqlə başçılıq edir.

MLS 25-ci tur

İnter Mayami – Neşvil 2:2 Qollar: Beyker-Uaytinq, 19-öz qapısına, Messi, 62 – Surric, 4, 90+1.

Kanzas Siti – Los Anceles 3:1 Qollar: Andre Luis, 18, Kaleyra, 31, Bartlett, 71 – Buanqa, 47.

Kolorado Rapids – Monreal 1:0 Qollar: Aaronson, 43-pen.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər