Messinin komandasına o rəhbərlik edəcək

Messinin komandasına o rəhbərlik edəcək

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, MLS təmsilçisinə Kristian Alberto rəhbərlik edəcək.

İnformasiyanı klubun mətbuat xidməti yayıb.

52 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin şərtləri barədə məlumat verilməyib.

Kristian Alberto daha əvvəl Argentinanın “Rosario Sentral”, “Yunion” və “Platense” komandalarında baş məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, “İnter Mayami” MLS-də 21 turdan sonra 39 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər