Məhsuldar ötürmə müəlliflərinin mübarizəsində üçhakimiyyətlik yarandı - STATİSTİKA

Məhsuldar ötürmə müəlliflərinin mübarizəsində üçhakimiyyətlik yarandı - STATİSTİKA

Misli Premyer Liqasında 5 tur geridə qalıb. Son 17 qol (orta məhsuldarlıq 2,83) qeydə alınıb. "Neftçi" "İmişli"ni 3:2, "Kəpəz" "Qəbələ"ni 1:0, "Sabah" "Şəfa"nı 3:0 hesabı ilə məğlub edib. Üç görüşdə isə heç-heçə ("Sumqayıt" - "Şamaxı" 1:1, "Araz-Naxçıvan" - "Turan Tovuz" 2:2, "Zirə" - "Qarabağ" 1:1) qeydə alınıb.

Əvvəlki turlar üzrə məhsuldarlıq belədir: 1-ci tur - 13, 2-ci tur - 10, 3-cü tur - 5, 4-cü tur - 26 qol. 

5 tur ərzində 28 oyun ("Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" görüşləri təxirə salınıb) keçirilib və bu görüşlərdə vurulan qol sayı 71-ə bərabərdir. Bu da hər oyuna təxminən 2,5 qol deməkdir.    Fanat.Az-ın hesablamasına görə, son turda vurulan 17 qoldan 12-nə 11 futbolçunun adı məhsuldar ötürmə müəllifi kimi qeyd olunub. Yunes Laşaab ("Sabah") "Şəfa" ilə matçda 2 qola assistlik edib.

Beləliklə, qol ötürməsi üzrə mübarizədə 3 futbolçu önə çıxaraq assistlərinin sayını 3-ə çatdırıb. "Neftçi"dən Breno Almeyda ilə Freddi Varqasın, o cümlədən, "Turan Tovuz"dan Dioqu Balaunun hesabında üç məhsuldar ötürmə var. 

Ümumilikdə, 5 tur ərzində vurulan 71 qoldan 50-nə 39 oyunçunun adı məhsuldar ötürmə müəllifi kimi yazılıb. Qalan qollar isə avtoqol, penalti, standart vəziyyətlər, rəqib oyunçulardan qayıdan toplar və sair epizodlardan qeydə alınıb. 

1. Breno Almeyda ("Neftçi") - 3 2. Dioqu Balau ("Turan Tovuz") - 3 3. Freddi Varqas ("Neftçi") - 3 4. Umarali Rahmonaliyev ("Sabah") - 2 5. Emin Mahmudov ("Neftçi") - 2 6. Edvin Banquera ("İmişli") - 2 7. Yunes Laşaab ("Sabah") - 2 8. İsmael Taofik ("Qarabağ") - 2

5 tur ərzində assistentlik edən futbolçular:

1-ci tur

"Turan Tovuz" - "Qəbələ": Dioqu Balau ("Turan Tovuz")  "Sumqayıt" - "Neftçi": Emin Mahmudov ("Neftçi") "Sumqayıt" - "Neftçi": Freddi Vaqras ("Neftçi") - 2 "Zirə" - "Şəfa": Ayxan Hüseynov ("Zirə") "Zirə" - "Şəfa": Ruan Renato ("Zirə")

2-ci tur

"Qəbələ" - "Şəfa": İsmayıl Zülfüqarlı ("Şəfa") "Zirə" - İmişli": İssa Cibrila ("Zirə")  "Zirə" - İmişli": Edvin Banquera ("İmişli") "Neftçi" - "Araz-Naxçıvan": Rüfət Abbasov ("Neftçi") "Neftçi" - "Araz-Naxçıvan": Breno Almeyda ("Neftçi") "Neftçi" - "Araz-Naxçıvan": Emin Mahmudov ("Neftçi") "Neftçi" - "Araz-Naxçıvan": Draqolyub Saviç ("Neftçi")

3-cü tur

"Şəfa" - "İmişli": Azər Salahlı ("İmişli") "Kəpəz" - "Turan Tovuz": Kennet Kalunqa ("Kəpəz") "Zirə" - "Neftçi": Davit Volkov ("Zirə")

4-cü tur

"Qəbələ" - "İmişli": İsmael Akinade ("Qəbələ") "Qəbələ" - "İmişli": Edvin Banquera ("İmişli") "Qəbələ" - "İmişli": Eşqin Əhmədov ("Qəbələ") "Kəpəz" - "Şamaxı": Asumah Abubakar ("Kəpəz") "Kəpəz" - "Şamaxı": Edqar Adilxanov ("Şamaxı") "Kəpəz" - "Şamaxı": Rui Paşeko ("Şamaxı") "Kəpəz" - "Şamaxı": Ayman Buali ("Şamaxı")  "Sabah" - "Zirə": Kristian Nvaçukvu ("Sabah") "Sabah" - "Zirə": Umarali Rahmonaliyev ("Sabah") - 2 "Sabah" - "Zirə": Velko Simiç ("Sabah") "Turan Tovuz" - "Sumqayıt": Tyaqu Almeyda ("Sumqayıt") "Turan Tovuz" - "Sumqayıt": Dioqo Balau ("Turan Tovuz) "Turan Tovuz" - "Sumqayıt": Rəhim Sadıxov ("Turan Tovuz) "Neftçi" - "Şəfa": Breno Almeyda ("Neftçi") "Neftçi" - "Şəfa": Andrey Draqu ("Şəfa") "Neftçi" - "Şəfa":  Lyubomir Tupta ("Neftçi") "Qarabağ" - "Araz-Naxçıvan": Taofik İsmail ("Qarabağ") "Qarabağ" - "Araz-Naxçıvan": Jali Muaddib ("Qarabağ") "Qarabağ" - "Araz-Naxçıvan": Ağadadaş Salyanski ("Araz-Naxçıvan") "Qarabağ" - "Araz-Naxçıvan": Renaldo Sefas ("Qarabağ") "Qarabağ" - "Araz-Naxçıvan": Alberto Fernandes ("Araz-Naxçıvan")

5-ci tur

"Araz-Naxçıvan" - "Turan Tovuz": Dioqo Balau ("Turan Tovuz") "Araz-Naxçıvan" - "Turan Tovuz": Aleksa Yankoviçu ("Turan Tovuz") "Zirə" - "Qarabağ": Anje Mutsinzi ("Zirə") "Zirə" - "Qarabağ": İsmael Taofik ("Qarabağ") "Sumqayıt" - "Şamaxı": Jota ("Şamaxı") "Kəpəz" - "Qəbələ": Desmond Akua ("Kəpəz") "İmişli" - "Neftçi": Breno Almeyda ("Neftçi") "İmişli" - "Neftçi": Freddi Varqas ("Neftçi") "İmişli" - "Neftçi": Denzel Jubitana ("Neftçi") "Şəfa" - "Sabah": Yunes Laşaab ("Sabah") - 2 "Şəfa" - "Sabah": Du Keyros  ("Sabah")

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər