Manuel Uqartenin "Mançester Yunayted" karyerası başa çatır

Manuel Uqartenin "Mançester Yunayted" karyerası başa çatır

Uruqvaylı yarımmüdafiəçi Manuel Uqartenin İngiltərə klubundakı gələcəyi ilə bağlı qəti qərar verilib.

Fanat.Az xəbər verir ki, "Mançester Yunayted" rəhbərliyi dünya çempionatından sonra futbolçu ilə yolları ayırmağı planlaşdırır.

Tanınmış jurnalist Samuel Lakhorstun verdiyi məlumata görə, klub rəhbərliyi 25 yaşlı yarımmüdafiəçini daimi transferə çıxarmağa hazırdır. "Qırmızı şeytanlar" Uqartenin satışı üçün təxminən 28 milyon avro qiymət müəyyən ediblər.

Gözlənilən performansı tam sərgiləyə bilməyən futbolçunun heyətdən kənarlaşdırılması klubun yeni transfer büdcəsini formalaşdırmaq istəyi ilə əlaqələndirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər